25 yaşlı italiyalı Antoni Botta sosial şəbəkələrdə tanış olduğu qızların sayəsində Avropanı pulsuz gəzir.
Teleqraf.com xəbər verir ki, Brüsseldə yaşayan gənc bu günə qədər 20 şəhər gəzib. O, 21 qadının evində qonaq olub.
İnstaqram və yutubda səyahətlərlə bağlı videolar paylaşan Antoni iki ayda Belçika, Hollandiya, Almaniya, Avstrya, Macarıstan, Polşa, Sloveniya ve Çex kimi ölkələrdə olub.
Antoni qonağı olduğu bəzi qadınlarla yatdığını da etiraf edib.
"Tək istədiyim şey gecələmək üçün ev tapmaqdır", deyən deyən Botta Viyanadan başqa bütün Avropa şəhərlərində qalmaq üçün ev tapdığını bildirib.