16 Aprel 2018 23:55
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberqi qəbul edib.

Axar.az xəbər verir ki, tərəflər ABŞ və müttəfiqlərin Suriyaya hücumunu, terrorla mübarizəni, eləcə də alyansla Türkiyənin münasibətlərini müzakirə ediblər.

NATO üzvü olan ölkələrin terrorun hər növünə qarşı həmrəylik və qətiyyətlə mübarizə aparmasının önəmli olduğu vurğulanıb.

***

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan və Stoltenberq aprelin 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Dumada kimyəvi silahdan istifadəyə cavab olaraq Suriya ərazisində keçirilən əməliyyat ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com