1 Avqust 2018 14:20
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası Ermənistan və Azərbaycan arasında sülh istəmir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ermənistanda maraqlı faktın aşkarlandığını bildirən politoloqun sözlərinə görə, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş:

“Hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” da var imiş.

Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verir ki, əslində Azərbaycan və Türkiyə ilə düşmən olmanın onlara bütün istiqamətlərdə baha başa gəldiyini anlayırlar. Elə bu günlərdə eks-prezident Levon Ter-Petrosyana bağlı partiyadan olan deputatın “biz Azərbaycan torpaqlarını işğal etmişik” ifadəsini işlətməsi də təsadüfi deyil.

O bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməkdən çəkinərdi. Görünür, baş nazir Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri hərəkətə gətirib.

Ancaq Rusiyanın əngəli yenə də hiss olunur. İşğalçı eks-prezident Robert Köçəryanın həbsinə xarici işlər naziri Sergey Lavrovun timsalında “biz Ermənustanda baş verənlərdən narahatıq” kəlməsinin işlənməsi gözlənilən idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər