1 Sentyabr 2018 16:59
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici siyasətində islam aləmi ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərindən birini təşkil edir.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

Deputat bildirib ki, ölkəmiz bütün sahələrdə islam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Onun sözlərinə görə, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib:

“Azərbaycan islam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub.

Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla islam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir. Keçən il elan olunmuş “İslam həmrəyliyi ili” bu əlaqələri daha da möhkəmləndirib. 2017-ci ilin birinci yarısında Bakıda əksər islam ölkələrinin təmsilçilərinin iştirakı ilə baş tutan IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xoş təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır.

Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən oyunlar islam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bütövlükdə, Azərbaycan dünyada islam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər