14 Dekabr 2018 18:59
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezident İlham Əliyevin Ermənistanla Qarabağ münaqişəsi üzrə müzakirələrin davam etdirilməsinə yönəlik səmimiyyətini hiss etdim”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə açıqlamasında deyib.

Lavrov dekabrın 13-də Bakıda İlham Əliyevlə görüşü barədə danışıb:

“Dünən Azərbaycan Prezident İlham Heydər oğlu Əliyevlə uzun söhbət etdik və bir sıra detalları müzakirə etdik. Müzakirələri davam etdirmək məsələsindəki səmimiyyətinə inandım”.

Nazir həmçinin əlavə edib: “Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi, Ermənistan və Azərbaycanın anlaşması üçün hər şeyi edəcəyik”.

Qeyd edək ki, Sergey Lavrov dekabrın 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasında iştirak etmək üçün Azərbaycana gəlib.

O, dekabrın 13-də Azərbaycan prezidenti ilə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu