Dünən prezident postundan istefa vermiş Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva ölkə Senatının sədri seçilib.
Teleqraf.com xəbər verir ki, bunu bu gün ölkə parlamentində keçirilən səsvermənin nəticələri göstərib.
Dariqa Nazarbayevanın Qazaxıstan Parlamenti Senatının sədri vəzifəsinə namizədliyini prezident səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayev təklif edib.
Qeyd edək ki, Dariqa Nazarbayeva 2015-ci ilin sentyabrında Baş nazirin müavini vəzifəsinə təyin edilib. Buna qədər isə o, parlamentin vitse-spikeri vəzifəsində çalışıb.