2 İyul 2019 19:29
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyreni qəbul edib.

XİN-dən Teleqrraf.com-a verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib.

O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən nazir ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirib.

M.Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Sonda E.Məmmədyarov M.Peneveyre diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər