Milli Məclisə seçkiləri müşahidə etmək üçün 409 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bura Maldiv adalarından tutmuş qonşu dövlətlərədək 44 ölkə daxildir.
Teleqraf.com xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, indiyə qədər 55492 yerli müşahidəçi qeydiyyatdan keçib:
“Onlardan 52858 nəfər dairə seçki komissiyalarında, 1434 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib. 406 müşhidəçi 4 QHT-ni təmsil edir, 850 nəfər öz təşəbbüsü ilə müşahidəçilik aparmaq niyyətindədir. Müşahidəçilərin 31286 nəfəri siyasi partiyaları təmsil edir. 2439 nəfər namizədlərin müşahidəçiləridir”.
MSK sədri bildirib ki, ümumulikdə müşahidəçilərin sayı 57 min nəfərə çatır:
“Bu, hər bir məntəqə üzrə 10-a yaxın müşahidəçinin olması deməkdir”.