24 Fevral 2020 20:33
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 17 saylı Yasamal seçki dairəsindən daxil olmuş müraciətə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib. Şikayətçi namizəd Azər Qasımlı müraciətində bir sıra seçki məntəqələrində qanun pozuntularının olduğunu bildirib.

Namizəd şikayətə iki ədəd disk əlavə edib. MSK-nın araşdırması zamanı müəyyən olunub ki, məntəqələrdə qanun pozuntusu aşkar edilməyib. Qərar səsə qoyularaq qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər