9 Mart 2020 14:57
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi Rusiyadan gələn hərbi heyətin iştirakı ilə İdlibdəki de-eskalasiya zonasında vəziyyətlə əlaqədar danışıqların martın 10-da Ankarada başlayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı yayılan məlumatda danışıqlar zamanı İdlib məsələsi üzrə Moskva memorandumunun müzakirə olunacağı qeyd edilib.

Hərbçilərin Suriyadakı M4 magistral yolunun martın 15-dən başlaması gözlənilən müştərək kontrolunun təfərrüatlarını müzakirə edəcəyi gözlənilir.

Martın 5-də imzalanan Moskva memorandumuna görə, Türkiyə və Rusiya M4 magistral yolundan 6 km şimal və cənubda təhlükəsizlik dəhlizi yaratmağa və 15 mart tarixindən etibarən şosse boyunca ortaq patrul xidmətinin aparılmasına razılaşıblar. Təhlükəsizlik dəhlizinin fəaliyyətinin konkret parametrləri iki ölkənin müdafiə nazirlikləri tərəfindən yeddi gün ərzində razılaşdırılmalıdır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər