8 May 2020 12:01
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “GUAM - Demokratiya və İqtisadi inkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə məsələyə baxıb.

Teleqraf.com xəbər verir ki,protokol haqda deputatlara parlamentin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verib.

Beləliklə, parlament 2019-cu il sentyabrın 26-da Nyu-York şəhərində GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Xarici İşlər Nazirləri Şurasının 34-cü iclasında imzalanmış “GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolu təsdiq edib.


Müəllif: Cavad

Oxşar xəbərlər