Azərbaycan parlamenti “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanununda dəyişiklik edilməsi məsələsini müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə deputatlara əmək və social siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Musa Quliyev bildirib ki, əhalinin rifah halının yüksəldilməsi, aztəminatlı insanlara sosial dəstəyin verilməsi ölkə Prezidentinin yürütdüyü əsas siyasətdir:
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanun layihəsi də Prezident tərəfindən Milli Məclisin müzakirəsinə verilmişdi. Qanun layihəsi sosial yardım alanların əhatəsinin genişlənməsini, həmin şəxslərin məşğulluğa cəlb edilməsini, həmçinin sosial yardımı yalnız qeydiyyat yerindən almaqla bağlı məhdudiyyətin də aradan qaldırılmasını nəzərdə tutur. Bu da sosial yardımı daha da əlçatan etməsinə xidmət edəcək. Bununla yanaşı, layihədə sosial yardım almaq müddətinin 2 ildən 1 ilə endirilməsi də nəzərdə tutulur".
Deputat Əli Məsimli təklif edib ki, gəliri 160 manatdan az olan şəxslərə ünvanlı sosial yardım verilsin.