25 Avqust 2020 12:48
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtı ilə Naxçıvanla Türkiyə arasında qurulan Ümid körpüsünün tikintisinə baş nazirin səlahiyyətli nümayəndəsi olaraq rəhbərlik etmişəm. Dəhlizləri əzbər bilirəm. Ermənilər bilsinlər ki, gələcək onların əleyhinə işləyir. Zamanla Mehri dəhlizi daxil olmaqla bütün kolidorlar açılacaq və türk dünyası arasında birbaşa bağlantı olacaq.

Bu fikirləri Teleqraf.com-a Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib.

O, bildirib ki, Naxçıvanla Azərbaycan arasında 30 ilə yaxındır ki, bağlanılan Mehri dəhlizi də açılacaq:

“Bu həm NATO yolu, həm türk dünyasının Orta Asiyaya çıxış yolu, həm də dünyanın ticarət yolu olacaq. Erməninin özü indi dünyada gedən proseslərin, Türkiyənin inkişaf etməsinin, türk dünyası arasında əlaqələrin güclənməsinin altında qalacaq. Odur ki, bizi daxildən qorxutmağa ehtiyac yoxdur. Daxildə qanı-qanımızdan olmayanlar, başqa ölkələrə xidmət edənlər var. Biz uzun illər Rusiyadan silahlar almışıq. Bəzən deyirlər ki, bu silahların beyni elə onu satanların əlindədir. Amma indi dünyanın şərtləri dəyişir. Baş verənlər də göstərir ki, Türkiyə önə çıxacaq, eyniz zamanda bir çox müasir silah Türkiyə tərəfindən istehsal olunur. Bir sözlə, proseslərdən çəkinmək lazım deyil. Azərbaycanda milli əhval-ruhiyyə güclənir. Bunu inkişaf etdirmək lazımdır. Məncə, 15 sentyabr tarixini, yəni Bakının işğaldan azad edilməsini qələbə bayramı kimi qeyd etmək lazımdır. Bəli, 1920-ci ildən sonra dünyada situasiya dəyişdi və nəticə olaraq türkü bölmək, zəiflətmək məqsədi güdüldü. İndi vəziyyət dəyişib, türk özü güclənib. Baş verən proseslərə milli maraqlar çərçivəsində yanaşmalıyıq. Milli dövlətimizə sahib çıxmalı, türk dünyası ilə əlaqələrimizi gücləndirməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər