25 Sentyabr 2020 16:13
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hücumları dayanmayıb, vaxtaşırı baş verir. Bir neçə gün əvvəl Tovuz istiqamətində növbəti təxribat baş verdi. Bütün bunlar göstərir ki, əslində Ermənistan tərəfi müharibə istəyir.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Onun fikrincə, artıq Azərbaycan cəmiyyəti də müharibəyə hazırdır:

“Həm Azərbaycan Prezidentinin inamlı və qətiyyətli açıqlamaları, həm də insanların könüllü olaraq orduya yazılmaq istəmələri, vətənpərvərlik havasının mövcudluğunu deməyə əsas verir ki, Azərbaycan tərəfi müharibənin istənilən variantını qəbul edir. Əgər cəmiyyət buna hazırdırsa, mümkündür ki, düşmənin növbəti təxribatlarının birində ona layiqli cavab verilə və döyüşlərin əhatəsi genişlənə bilər. Sözsüz ki, Azərbaycan bu məsələdə haqlı tərəfdir və Azərbaycan dövləti artıq dünyaya elan edir ki, Ermənistan ona qarşı müharibəyə hazırlaşır”.

Hüquqşünas müharibə şəraiti olarsa, siyasi partiyaların və ictimai təşkilatların fəaliyyətinin necə olacağı ilə bağlı bunları deyib:

“Qanunda müharibə dövründə siyasi partiyaların və ictimai təşkilatların fəaliyyətinə dair hər hansı qadağa nəzərdə tutulmayıb. Yalnız fövqəladə hallar dövründə vəziyyətin nizamlanmasına maneə olan siyasi partiyanın fəaliyyəti dayandırıla bilər. Amma hesab edirəm ki, Dağlıq Qarabağla bağlı müharibə başlasa, əksər siyasi partiyalar siyasi fəaliyyətini bir qədər məhdudlaşdırmalıdırlar. Xüsusilə, müxalifət partiyaalrından söhbət gedir. Ümumi müxalifətçilik mövqeyi müvəqqəti dayandırılmalı, bütün səylər və enerji müharibəyə, torpaqların azad edilməsinə yönəlməlidir. Başqa sözlə, orduya kömək etmək, əhali arasında təbliğat aparmaq kimi işlərlə məşğul olmalıdırlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər