30 Dekabr 2020 21:12
1 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Naxçıvanı Azərbaycanın əsas hissəsinə birləşdirəcək dəhlizdən danışıb.

Teleqraf.com xəbər verir ki, nazir Ermənistan üzərindən keçəcək dəhlizin bölgə ölkələrinin xeyrinə olacağını bildirib.

“Regional ticarət və logistikanın inkişafı üçün vacib bir dəhliz olacaq. Dəhliz açıldıqdan sonra Ermənistanla münasibətlər normallaşa bilər ki, bundan dan Ermənistan və erməni xalqı qazanc əldə edəcək. Bu, həm Ermənistan, həm bizim həm də Azərbaycan üçün çox vacibdir”, - Çavuşoğlu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər