Bir çox rayonların birləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu işə Bakı şəhərindən başlamaq olar. Bakının bu qədər rayonla əhatə edilməsinin effektiv və çevik idarəetmədə təsiri yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, Azərbaycanda məmurların sayını bələdiyyə əməkdaşlarının sayını artırmaq hesabına azalda bilərik.
F. Mustafa xatırladıb ki, işğaldan azad olunan rayonlarda da bələdiyyə seçkiləri keçiriləcək: “Bələdiyyələrin səlahiyyətini artırmağa da ehtiyac var”.
Deputat struktur islahatlarına ehtiyac olduğunu qeyd edib.