Bu günlərdə Bakıda Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşanın məhkəməsi başlayıb.
Paralel olaraq bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə soxulmuş erməni təxribatçıları həbsdə saxlanılır.
İstər birinci, istərsə də ikinci qrup həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbs edilmiş və məntiqi olaraq da Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törətdikləri qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunacaqlar.
Erməni terroristlərinin həbsindən keçən bir neçə ay ərzində abş, fransa və bir sıra beynəlxalq təşkilatlardan terrorçuları azad etməyə çağrışlar səngimir, onlar hərbi əsr kimi təqdim edilməklə bu mövzu ətrafında Azərbaycana təsir və təzyiq alətləri formalaşdırılmağa cəhdlər edilir.
Baş verənləri bir cümlədə izah etsək bu ölkələr və beynəlxalq təşkilatlar strateji Cənubi Qafqaz regionunda 10 noyabr razılaşmasından sonra yaranmış yeni reallıqda öz maraqları naminə Ermənistanı və bu mövzuları istifadə edirlər.
Konkret faktlara görə həbs edilən bu şəxslərin hərbi əsir deyil terrorist olması elə onların azadlığını Azərbaycandan tələb edən dairələrə ilk gündən aydındır.
Uzun illərdir ki, terrorizmin siyasi, ideoloji, iqtisadi və dini hədəflərə zorakı yollarla çatmaqla həyata keçirilən akt olmasını beynəlxalq konfranslarda elə bu ölkələr və beynəlxalq təşkilatların özündən eşidirik.
Azərbaycandan öz ərazisində həbs etdiyi, qonşu dövlətin ərazisində hərbi və terror aktları həyata keçirən qrupların azad edilməsini tələb edən ölkələr uzun illər öz milli maraqları çərçivəsində başqa ölkələrin ərazisində antiterror əməliyyatı həyata keçirirlər.
ABŞ anti terror əməliyatlarında həbs edilən terrorçuları 3-cü ölkələrin ərazilərində yerləşən qanunsuz həbsxanalarda saxlayır, Fransa isə ümüumiyyətlə bu tip problemlərlə sonralar üzləşməməsi üçün terroristləri yerindəcə məhv edir və s.
Aydın məsələdir ki, bu ölkələrə terrorizmin bir şiddət ideologiyası kimi, qarşı tərəfdə ictimai şüura təsir praktikası kimi tətbiq edilməsin sirr deyil.
Etnik qruplar, kəşfiyyat qrupları, təşkilatları tərəfindən mülki şəxslərə və ya hədəflərə qarşı qəsdən, siyasi motivli şiddət kimi, qarşı tərəfdə ictimai əhval-ruhiyyəyə təsir göstərmək məqsədi ilə həyata keçirilən aktlar terrorizm olaraq qəbul edənlər, Azərbaycanın belə fəaliyyəti öz ərazisində həyata keçirənləri həbs etməsini nəyə görəsə qəbul etmirlər.
Qonşu dövlətin mülki şəxslərinə qarşı terror həyata keçirən terroristlərini “hərbi əsir”, “saxlanılan şəxslər” və s. adlar altında müdafiə edən dövlətin özünün terror dövləti olmasında anlaşılmayacaq nə var?
Birinci Qarabağ müharibəsində Ermənistanın təhlükəsizlik qüvvələri, polisi tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində mülki şəxslərin qanunsuz həbsləri, qətlləri, girov və əsir saxlaması, işgəncə verməsi, məhkəmə və istintaq olmadan öldürməsi Ermənistanı terror dövləti olaraq tam ifadə edir.
Bir dövlətin terror qruplaşmalarını formalaşdırması, maliyyələşdirməsi, dəstəkləməsi elə özünün terrorda iştirak etməsinin sübutudur.
Bu halda mütamadi olaraq terror aktlarına məruz qalan, terrorçuların həbs və məhv edilməsi üçün öz sərhədlərini aşan ABŞ və Avropa ölkələri, beynəlxalq təşkilatlar Azərbaycan ərzisinə soxulmuş özlərini əsgər, partizan, düşmən cəbhəsinin arxasındakı təxribatçı və s. adlandıran Ermənistan hərbi qüvvələrini dəstəkləməsi yazının əvvəlində haqqında danışdığımız bu mövzu ətrafında Azərbaycana təsir və təzyiq alətləri formalaşdırmasının sübutudur.
ABŞ öz ərazisində ona çağrış etmiş terrorizmlə qlobal və dayanıqlı mübarizə çərçivəsində Əfqanıstanda müharibədə, Pakistanla sərhəd Vəziristanda müştərək anti terror əməliyyatlarında, Filippində, Somalidə, Yəməndə, Keniyada, Sudanda, Kamerunda Əl-Qaidəyə qarşı apardığı əməliyyatlarda həbs etdiyi, Kuba ərazisində Guantanamo hərbi bazasına həbsxanada saxladığı terroristləri o zaman nə özü, nə də dünya ictimayyəti hərbi əsir olaraq qəbul etmirdi.
Bu gün erməni terroristlərinin azca qala vəkili qismində çıxış edən Fransa da 2013 cü ildə Malidə apardığı Serval Əməliyyatları çərçivəsində , Sahel 5-liyi adlandırılan Mavritaniya, Mali, Burkina Faso, Nigeriya və Çadda anti terror əməliyyatlarında həbs etdiyi terroristləri hərbi əsir hesab etmirdi.
Bu terrorçuları hərbi əsir hesab etməyənlərin, erməni terrorçularını hərbi əsir hesab etməsi başqa mətləblərdən xəbər verir.