Hami layihəni tənqid edir, sonda deyir ki, mütərəqqidir.
Teleqraf.com xəbər verir ki, bunu deputat Aqil Abbas deyib.
O bildirib ki, pensiya ilə bağlı yaşı məsələsi tarixən fərqli olub:
“Məsələn, sovet dövründə balet ustaları 35 yaşında pensiyaya çıxırdı. Futbolçular da məsələ qaldırmışdı ki, onlar da 35 yaşdan sonra oynamırlar. Bu səbəbdən də pensiyaya çıxmalıdırlar. Pensiya məsələsi daima mübahisəli olub".
Aqil Abbas təklif edib ki, layihənin üzərində yenidən işlənilsin:
“I Qarabağ müharibəsinin veterenları var ki, hələ də sənəd almayıblar. İndi 7 aydır müharibə qurtarıb, güllə yarası olanlar var ki, təxris edilməyib. Odur ki, əlillik, pensiya məsələsi ciddi mövzulardır. Mütəxəssislər dəvət edilsin, layihəyə bir də baxsınlar".