Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov deyib.
Onun sözlərinə görə, Rusiya tərəfləri mövcud problemləri siyasi-diplomatik yolla həll etməyə səsləyir.