17 Sentyabr 2021 15:35
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Kollektiv Təhlükəsizkik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsinin bizə heç bir aidiyyatı yoxdur. Ermənistan KTMT çərçivəsində Azərbaycana qarşı heç bir addım ata bilməz. Ermənistan ənənəvi siyasətini davam etdirərək KTMT-ni prosesə cəlb etməyə çalışa bilər. Amma KTMT-də Azərbaycanda yaxın dostluq edən dövlətlər var ”.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri xatırladıb ki, KTMT-də təmsil olunan Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələr Azərbaycanla yaxından əməkdaşlıq edir: “İrəvan bu çərçivədə bizə qarşı heç bir addım ata bilməz”.

Sərdar Cəlloğlu düşünür ki, indi ermənilər suda batıb saman çöpündən yapışmaq istəyən insanın durumundadırlar: :

“Onlar çalışırlar ki, nəsə əldə etsinlər. Məsələn Qarabağda status əldə etsinlər, uduzduqları mövqeləri imkan daxilində bərpa etsinlər. Amma KTMT çərçivəsində heç nə edə bilməzlər. KTMT-də aparıcı ölkə Rusiyadır. Rusiya da Azərbaycanla hərbi münaqişəyə girməz. Türkiyə və Pakistan da bizim yanımızda olması bu amili daha da gücləndirir. Ona görə Rusiya bunu getməz. Odur ki, Ermənistanın KTMT-yə sədrlik etməsi mövcud reallıqları və şərtləri heç bir halda dəyişmir”.


Müəllif: Nemət

Oxşar xəbərlər