Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında telefon danışığı olub.
Teleqraf.com-un məlumatına görə, bunu C.Bayramov tvitter səhifəsində yazıb.
"İrandan olan hörmətli həmkarımla telefon danışığımız oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik", - nazir bildirib.