29 Noyabr 2021 18:26
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV sammiti hesab edirəm ki, Azərbaycan üçün uğurlu platformalardan biri oldu. Sammit göstərdi ki, bu platformada iştirak edən dövlətlər həm Azərbaycanın dostu, həm də müttəfiqidir. Üstəlik sammitdə Azərbaycanın apardığı Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsinə dair fikirlərin yer alması müsbət qiymətləndirilməlidir”.

Bunu Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədri bildirib ki, Azərbaycan rəhbəri sammit çərçivəsində bir sıra dövlətlərin prezidentləri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirib, müzakirələr aparıb:

"Bu da Azərbaycan və onun haqq işinin dost ölkələrin diqqətinə çatdırılması baxımından yaxşı fürsət olub. Dövlət başçıları arasında faktiki fikir mübadiləsi aparıldı, ortada olan narazılıqlar aradan qaldırıldı və gələcəkdə bu ölkələrin arasında əlaqələrin inkişafına təkan verəcək”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində bir sıra müqavilələr də imzlanıb ki, bunun da faydasını dost ölkələr görəcək:

“Bu, ümumi iqtisadi mənfəəət baxımından ölkələrin maraqlarını təmin edir. İƏT-in bu dəfəki toplantısı əvvəlki toplantılarla müqayisədə Azərbaycanın maraqlarına tam uyğun oldu. Qəbul edilən qərarlarda həmçinin. Üstəlik sammitdə Azərbaycanın qələbəsinin vurğulanması xoş münasibətlərin göstəricisi kimi qiymətləndirilməlidir”.


Müəllif: Nemət