“Vəhdət Partiyası adından cənab Prezidenti 60 illik yubileyi münasibəti ilə təbrik edirəm. Burada çox qiymətli fikirlər səsləndirildi. Çıxışların hamısına qoşuluram”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.
O bildirib ki, İlham Əliyevin sosial, iqtisadi, mədəni istiqamətlərdə gördüyü böyük işlər haqqında deyilən fikirlər həqiqətdir:
“Mən burada diqqəti Prezidentin fəaliyyəti zamanı ən böyük zirvə olan II Qarabağ müharibəsinə gətirmək istərdim. O, nəinki Ermənistanı, onun arxasında duran ölkələri də məğlub etdi. Bu, çox böyük hadisədir və daima tariximizdə qalacaq.
Məlumdur ki, Türk və İslam dünyası daima kiçilib, siyasi baxımdan təsirləri azalıb. Cənab Prezident tarixin bu təkərini geriyə döndərməyi bacaran yeganə şəxsdir. Artıq Türk-İslam dünyasında dönüş yaratdı. Cənab Prezident Sizin çoxlu mükafatlarınız var. Amma ən böyük mükafatınız Qarabağ və xalqın sizə inamıdır. Alternativiniz yoxdur. Şəxsən mən bunu görmürəm”.