24 Dekabr 2021 13:42
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, layihəni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.

Deputat Qüdrət Həsənquliyev təyinatlara etiraz edib. Deyib ki, təqdimatda olan 8 hakimin cəmi 3 il təcrübəsi var. O, hesab edir ki, məhkəmə ciddi hakimiyyət qoludur və burada təcrübə nəzərə alınmalıdır: “Mümkün idi ki, 5-7 il təcrübəsi olan hakimlər irəli çəkilsin”.

Deputat Siyavuş Novruzov isə bildirib ki, layihəni dəstəkləyəcək: “Gənclər irəli çəkilir. Mən burada qəbahət görmürəm. Gənclərin irəli çəkilməsi digərlərində də stimul yaradır. Həsən Quliyev burada qeyd etdi. Amma Məhkəmə Hüquq Şurasında müxtəlif qurumların təmsilçiləri var”.

Hazırda müzakirələr davam edir. Qeyd edək ki, aşağıdakı şəxslərin apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi təklif edilir:

- Bakı Apellyasiya Məhkəməsi üzrə:
Hüseyn Cavid Vaqif oğlu;
Oruczadə Aytən Pənah qızı.

- Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Həsənov İslam Telman oğlu;
İsgəndərova Aygül Vulqar qızı.

- Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Məmmədov Zahid Tahir oğlu.
- Şəki Apellyasiya Məhkəməsi üzrə:

Cavadova Günay İsmayıl qızı.
- Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Abdullayev İlkin Qismət oğlu;
İsmayılov Orxan Nadir oğlu.


Müəllif: Nemət

Oxşar xəbərlər