29 Mart 2022 09:23
2 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirildi ki, Xocalının Fərrux kəndi Azərbaycan ordusunun nəzarəti altındadır. Qarabağın əhəmiyyətli starteji nöqtələrindən olan bu kəndin işğaldan azad olunması təkcə ölkə mediasını yox, dünya gündəmini də zəbt etdi.

Kəndin işğaldan azad olunmasından sonra Ermənistandakı son vəziyyətlə bağlı BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- İsmayıl müəllim, Fərrux kəndi artıq orudumuzun nəzarətindədir. Ötən gündən bəri erməni mediasında vəziyyət necədir?

- Fərrux kəndi 26 martdan Azərbaycan ordusunun nəzarətindədir və mən özüm də sosial şəbəkə hesabımda bu barədə yazmışdım. Ötən gün Azərbaycan Müdafiə Nazirliyi xəbəri təsdiqlədi və bu ermənilərdə çaxnaşmaya səbəb oldu. Ermənilər öz mətbuatlarında yazdılar ki, ruslarla aparılan danışıqlar nəticəsində Azərbaycan ordusu kənddən çıxarılıb. Mənə bu barədə yazıb, dəqiqləşdirmək istəyənlər oldu. Amma təbii ki, bu məlumat yalan çıxdı. Fərrux ordumuzun nəzarətindədir.

- Erməni politoloqlar bu barədə hansı fikir irəli sürürdülər?

- Fərrux kəndi çox böyük strateji əhəmiyyətə malikdir. Onların "Daşbaşı" adlandırdıqları kənd var. Əgər ordumuz bu kəndi nəzarətə götürsə, Xankəndi, Xocalı, Əsgəran, hətta Xocavəndin tamamilə nəzarətimizdə olması gözlənilir.

Onlarda keçmiş deputat Nairan Zohrabyan "Çiçəklənən Ermənistan" partiyasının sədr müavinidir. O çox hay-küy salmışdı ki, "əgər Daşbaşı kəndi və o mövqelər əldən getsə, Qarabağ üçün az-çox ümidimiz var idisə, onu da itirəcəyik. Çünki həmin kənd Qarabağın ikinci Şuşasıdır".

- Erməni xalqının bu xəbərlərə reaksiyası necədir?

- Sosial şəbəkələrdə baş verənlərə qarşı ermənilər özlərini öldürürlər. Hətta ruslara təhqiramiz ifadələr səsləndirirlər ki, nə üçün söz verib yerinə yetirmədiniz. Ermənilər hazırda sosial şəbəkələrdə çox fəaldırlar. Onlar Naira Zohrabyanı dəstəklədilər.

Mən də ermənicə bir neçə şərh yazdım, cavablarını verdim. Yazdım ki, boş yerə əziyyət çəkməyin, vaxtında çıxıb gedin, oralar onsuz da bizimdir. İnsafınız olarsa, Arsax sözünü işlətməzsiniz, ora Qarabağdır.

Onların başı necə qarışdısa, başladılar mənə cavab yazmağa. İnşallah, ordumuz belə irəliləsə, yaxın günlərdə şad xəbərlərin sayı çoxalacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər