11 Fevral 2023 14:20
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

Teleqraf.com xəbər verir ki, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.

Daha sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verib.

Hər iki nazir zərərçəkmişlərlə söhbət edib. Çavuşoğlu dağıntılar altında qalmış şəxslərin tez bir zamanda çıxarılacağını deyib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.//Report

***

13:50

XİN-in rəsmi tviter hesabında paylaşılan məlumata görə, Ceyhun Bayramov Kahramanmaraş şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

Teleqraf.com-un məlumatına görə, Nazir C.Bayramov sözügedən şəhərə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (AFAD) ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

***

12:38

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib.

Teleqraf.com xəbər verir ki, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər