Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, C.Bayramov tviterdə qeyd edib:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.