5 İyun 2023 14:18
5 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkidən sonra həmişəki komandasını dəyişib. Buna da normal yanaşmaq lazımdır. Sadəcə olaraq Azərbaycanı sevən iki şəxsin Mövlud Çavuşoğlu və Hulusi Akarın Türkiyənin yeni kabinetində olmaması bir az gözlənilməz oldu. Əslində isə Azərbaycanla bağlı dəyişən heç nə yoxdur. Çünki Türkiyədə mövcud komandanın başçısı nə istəyirsə, xarici işlər və müdafiə naziri də həmin siyasəti həyata keçirir.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O qeyd edib ki, H.Akar və M.Çavuşoğluna bir vəfa borcumuz var:

“Təbii ki, insanların beynindən bunu çıxarmaq asan olmayacaq. Çünki bu adamlar Azərbaycan xalqının qəlbində yer qazanıb. Amma bu postlara yeni təyin edilənlərdən də Azərbaycana qarşı hansısa bir tərs mövqe olacağı gözlənilmir. Türkiyənin yeni müdafiə naziri Yaşar Gülər qərargah rəisi idi. Uzun müddət Akarla birlikdə çalışıb. O Azərbaycanda da çox olub. Gülərlə Azərbaycan müdafiə nazirliyi arasında çox yaxşı əlaqələr var. O Azərbaycanda yaxşı nüfuza malikdir. Yəni, Akarı bizə axtartmayacağına inanırıq”.

Politoloq Mövlüd Çavuşoğlunun bizə AŞPA-dan tanış olduğunu deyib:

“O yetişmiş bir diplomatdır. Onun postuna təyin edilən Hakan Fidanın da Azərbaycanla münasibətləri çox yaxşıdır. Türkiyə MİT-in rəhbəri kimi Fidan Türkiyə iş adamları ilə Bakıda TİKA-da çalışıb. Azərbaycanı yaxşı tanıyır. Fidan da əslində peşəkar bir diplomatdır. Onun indiki halda bu posta gətirilməsi vacib idi. Çünki Çavuşoğlu daha çox beynəlxalq əlaqələr üzrə istiqamətlənmişdi. Fidan isə qonşu ölkələri daha yaxşı tanımaqla kifayət qədər məlumata malikdir. Ona görə də, Ərdoğan Fidanı sir küpü adlandırır. Bu da elə-belə deyil. ABŞ-ın sabiq prezidenti Barak Obama da vaxitlə demişdi ki, Hakan Fidan, gözümüz sənin üstündədir”.

Cümşüd Nuriyev hesab edir ki, yeni kabinetlə Türkiyə proseslərin öhdəsindən daha yaxşı gələ biləcək: “Türkiyənin indiki istisadi siyasəti sərtləşdirilmiş Amerika bazar modelinə oxşayır. Burada daha çox qanunların üstünlüyünə fikir verilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər