25 İyul 2023 18:26
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənubi Qafqazda sülh və stabillikdə maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüşdə deyib.

“Biz Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirmək istərdik. Biz bunu hər cür dəstəkləməyə hazırıq, o cümlədən imzalanma üçün platforma təqdim edirik”- Lavrov deyib.

Lavrov həmçinin vurğulayıb ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı digər məsələlər diqqətdə saxlanılır: “Hazırda beynəlxalq ictimaiyyətin böyük diqqətində olan humanitar vəziyyəti nəzərdə tuturam. Biz azərbaycanlı dostlarımızın Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi barədə açıqlamalarını yüksək qiymətləndiririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər