29 İyul 2023 16:08
6 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa hər zaman Azərbaycana ikili standartlarla yanaşıb. Əksər hallarda bu belə olub. Son hadisələr isə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Brüsseldə bu yaxınlarda baş tutan görüşdə səslənmiş müddəa ilə bağlıdır. Görüşün təşəbbüsçüsü olan Avropa İttifaqının prezidenti Şarl Mişel məhz bu müzakirələrin nəticəsi olaraq açıqlama verdi ki, Ağdam-Xankəndi yolundan hümanitar məqsədlər üçün istifadə etmək lazımdır. Bu yoldan istifadə etmək məsələsinin gündəmə gəlməsi Ermənistan və onun ətrafında olan qüvvələri çox ciddi narahat etdi. Çünki məhz prosesin bu səviyyədə həlli ilə məsələ yekunlaşmış olur.

Bu sözləri Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, bu reallığın qəbulu ilə beynəlxalq qanun tam şəkildə işləməyə başlayır: “Hazırda isə Ermənistan və onu himayə edənlər beynəlxalq qanunun işləməsinə tərəfdar deyillər. Bununla Azərbaycanın öz sərhədlərini başqa bir dövlət üçün açması tələb edilir. Daha bir fakt odur ki, qarşı tərəfin özü üçtərəfli razılaşmanın müddəalarını icra etməyib. Onlar nə Azərbaycan ərazisində olan qanunsuz silahlılarını çıxarıblar, nə də digər öhdəlikləri icra ediblər. Hətta Laçında sərhəd-buraxılış postu qurulduqdan sonra buradan qeyri-qanuni məqsədlər üçün istifadəyə də cəhd etdilər”.

Millət vəkilinə görə, indiki halda Ermənistan tərəfinin aktivliyi və erməni lobbisinin beynəlxlaq təşkilatları öz istədikləri istiqamətə sürükləməsi ona dəlalət edir ki, məsələnin həllinə köklü şəkildə yaxınlaşılmışdı:

“Bu gün Xankəndidə kimsə xəstələnirsə onun Qırmızı Xaç Cəmiyyətinin maşınları ilə Laçın postundan keçidi problemsiz təşkil olunur. Sadəcə, məsələnin həlli Ermənistanın, erməni diasporasının, Fransanın, Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də, Azərbaycana qarşı bu cür təzyiqlər edilir. Sözsüz ki, ölkəmiz tərəfindən bu təzyiqlərə layiqli formada cavab verilir. Çünki beynəlxalq qanun Azərbaycanın tərəfindədir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər