1 Avqust 2023 12:36
12 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam-Xankəndi yolunun açılmasına qarşı separatçıların dirəniş göstərməsi tək onlarla bağlı deyil. Separatçılara sadəcə olaraq orada bir rol ayrılıb. Eyni zamanda Ermənistan öz havadarları ilə şərtlərini Azərbaycana qəbul etdirmək istəyir. Qarşı tərəf düşünür ki, onun şərtləri qəbulediləndir. Amma hər hansı bir dövlətin ərazisinə humanitar yardım icazə verilən marşrutdan keçə bilər. Bundan kənarda başqa bir yerə israr edilməsi legitim deyil. Azərbaycan Konstitusiyası da Laçın yolundan istifadəni məhz bu şərtlər altında tanıyır.

Bunu Teleqraf.com-a politoloq Yeganə Hacıyeva deyib.

O qeyd edib ki, beynəlxalq hüquq Ermənistana Laçın yolundan keçidi tanımır:

“Çünki bura Azərbaycan ərazisidir. Ermənistan isə başqa dövlətdir. Ora gələn TIR-lar isə Ermənistana məxsusdur. Eyni zamanda Laçın yolunun bağlı olması Qarabağın resurslarını talayanlar üçün problemlər yaradıb. Çünki onlar taladıqları resursları çıxara bilmir. Humanitar yük adı altında iri tonnajlı maşınları ona görə gətiriblər ki, onlar geri dönəndə həmin resursları çıxara bilsinlər. Bununla da humanitar konvoy adı altında talanmış resursların buradan çıxarılması təmin olunacaqdı”.

Politoloq hesab edir ki, bu əslində Rusiya və Fransanın birgə əməliyyatıdır:

“Laçın yolunun aktuallığının itməsi ilə rus sülhməramlılarının Azərbaycan ərazisində yerləşməsi aktuallığını itirir. Ona görə də, Laçın yoluna Ermənistanı təşviq etməklə faktiki olaraq Rusiya sülhməramlıların bu yola nəzarət imkanlarını saxlamağa çalışır. Paralel olaraq Fransa buradadır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin mənasız açıqlaması isə burada heç bir məna kəsb etmir”.

Yeganə Hacıyeva vurğulayıb ki, proses yekunda onların Ağdam-Xankəndi yolundan istifadəsi ilə nəticələnəcək:

“Çünki burada başqa yol yoxdur. Beynəlxalq hüquqla da bu cürdür. Bundan öncə onların üç istiqamət üzrə cəhdləri iflasa uğramışdı. Xankəndidə aclıq aksiyasi ifşa oldu. Beynəlxalq Ədalət Məhkəməsi Laçın dəhlizi ilə bağlı tənzimləmənin Azərbaycanın daxili işi olduğunu qeyd etdi. Bunun ardınca eyni yanaşmanı Avropa İnsan Haqları Məhkəməsi tanıdı. Çünki burada hüququn interpertasiyası yoxdur. İndiki cəhd isə erməni tərəfinin nümayişkaranə sonuncu cəhdidir. Azərbaycanın isə əslində bununla Qarabağda olan qanunsuz silahlılara qarşı konstitusiya ilə legitim addım atmaq hüquqları tanınmış oldu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər