17 Oktyabr 2023 20:12
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Azərbaycadakı səfiri Vladislav Kanevski Füzuli şəhəri ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, ukraynalı diplomat səfər etdiyi Füzulidən "X" hesabında paylaşım edib.

"Bu gün Füzuli doğum gününü qeyd edir. Qısa müddətdə Azərbaycan işğaldan azad edilmiş bu şəhərə həyatı geri gətirdi. İnfrastruktur, sosial obyektlər tikilir. Bu, yerli əhalinin geri qayıtmasına imkan yaradır. Ukraynanın da işğaldan azad edilmiş ərazilərinə qayıda biləcəyinə əminəm", səfir paylaşımında bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər