AXCP üzvü Məmməd Baləmmədov dini baxışlarına görə partiya sıralarından uzaqlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə M.Baləmmədovun özü məlumat yayıb.
Onun sözlərinə görə, sosial şəbəkədə dini məsələlərlə bağlı paylaşımları AXCP Şəki şəhər təşkilatının iclasında müzakirə olunub. Partiyadaşları M.Baləmmədovun AXCP-dən kənarlaşdırılması ilə bağlı qərar qəbul ediblər.