12 Yanvar 20:14
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal media qurumu olan BBC-nin separatçı milyarder Ruben Vardanyanı ifşa edən araşdırma materialını dərc etməsi heç də təsadüfi deyil. Əslində bunun çox sadə bir cavabı var. Vardanyanın Qərb və Rusiyada olan siyasi dairələrlə, o cümlədən media ilə sıx əlaqələri olub. O hər zaman asanlıqla siyasi korrupsiya imkanlarından bu məsələdə istifadə edib.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Vardanyan həmçinin bir sıra qanun pozuntularına görə, Avropa Birliyi tərəfindən ittiham edilir. Bu şəxs çirkli pulların yuyulmasında peşəkardır. Onun bu məsələdə qurmuş olduğu beynəlxalq şəbəkəsi də mövcuddur”, - deyə o qeyd edib.

Millət vəkili beynəlxalq təşkilatlarda, bir çox ölkələrin parlamentlərində, siyasi dairələrdə və mediada Vardanyanla “iş birliyində” olmuş kifayət qədər adam var:

“İndiki halda onunla bağlı mediyaya sızan məlumatlar oğurluq pulların təsiri altında həyata keçirilir”.

Partiya sədrinə görə, çirkli pulların yuyulmasında ad çıxaran Vardanyanın siyasətə keçidi də çox uğursuz olub:

“Əslində separatçı rejimin təmsilçisinin siyasi arenaya uğursuz transferi başqa amillərlə bağlı olsa da əsl səbəb fərqlidir. Bu Müzəffər Azərbaycan Ordusunun qələbəsinin nəticəsi ilə bağlıdır. Vardanyan kimi Azərbaycan ərazisinə atılmış cinayətkar nəhayət ki, layiq olduğu cəzanı almaq üçün qanun qarşısındadır. İndi o ədalət mühakiməsi qarşısında çirkin planlarını və kimlərin sifarişi ilə hərəkət etdiyini etiraf etməklə məşğuldur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər