18 Mart 08:28
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb.

Teleqraf.com xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi də ballistik raketin Şimali Koreyadan buraxılma ehtimalını bəyan edib. Yaponiyanın sahil mühafizəsi bazar ertəsi saat 07:54-də (Bakı vaxtı ilə saat 02:54) elan edib ki, ehtimal olunan ballistik raket artıq yerə düşüb.

Bu, Şimali Koreyanın cari ildə ikinci ballistik raket buraxılışıdır. Bundan əvvəl Şimali Koreya yanvarın 14-də raket buraxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər