27 Mart 20:19
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer almayacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Karen Məlikyan deyib.

“Nikol Paşinyan ötən gün Gümrüdə keçirilən iclasda yenidən yeni konstitusiyanın mümkünlüyündən danışdı. Son həftələr hakimiyyət mümkün qədər yeni konstitusiya ilə bağlı mövqe bildirməkdən yayınır. Paşinyan Gümrüdə elan etdi ki, hələ yeni konstitusiya yoxdur, layihədə nə yazacaqlarını belə bilmirlər. Əslində, mənbələrimizə görə, hakimiyyət kifayət qədər aktiv şəkildə yeni təkliflər yazmaqla məşğuldur, bu təkliflər də qəfil konstitusiya dəyişiklikləri şəklində ictimaiyyətə açıqlanacaq”, - jurnalist bildirib.

Məlikyanın iddiasına görə, yeni konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olmayacaq. Onun sözlərinə görə, bu, Bakı və Ankaranın tələbidir.

“Hökumət yeni konstitusiyanın mətnini mümkün qədər gizli saxlayır. Qərb institutlarının fəal iştirakı ilə proje üzərində bir neçə hüquqşünas işləyir. Paşinyan konstitusiya dəyişikliklərini erkən parlament seçkiləri ilə birlikdə həyata keçirmək niyyətindədir”, - jurnalist vurğulayıb.

Məlikyan qeyd edib ki, yayın sonunda həm konstitusiya referendumu, həm də növbədənkənar parlament seçkilərin keçirilməsi planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu