Macarıstan Cənubi Qafqazda, xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi məsələsində mühüm rol oynaya bilər.
Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Dünyada baş verənlər həqiqətən də həyəcanverici və narahatedicidir, bütün siyasi proseslər dünyanın yenidən müxtəlif bloklara bölündüyünə işarə edir. Macarıstan belə bir dünya nizamının əleyhinədir və Şərqlə Qərb arasında əməkdaşlıq üçün əlverişli şərait yaradılmasının tərəfdarıdır.
Ölkəmiz Cənubi Qafqazda, xüsusən də Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələsində belə bir rol oynaya bilər. Çünki biz bu münaqişənin hər iki tərəfi ilə hər iki halda qarşılıqlı hörmət əsasında danışa bilərik”, - nazir vurğulayıb.
Siyarto əlavə edib ki, sülh sazişi Macarıstanın paytaxtı Budapeştdə bağlana bilər.