8 Oktyabr 17:40
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşlərdə Zəngəzur dəhlizi mövzusunu müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin hər biri ilə ayrı-ayrılıqda görüşüb. Rusiya prezidentinin bu görüşlərinin hər biri yarım saat çəkib və fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, - Kremlin sözçüsü bildirib.

Rusiya lideri Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə bu gün Moskvada görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər