5 Noyabr 15:02
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meksika və Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero iki ölkə arasındakı ticarət dövriyyəsindən danışarkən deyib:

"Hazırkı rəqəmlər bizim potensialımıza uyğun deyil. Biz iki ölkə arasında ticarət sahəsində daha çox iş görə bilərik. Sadəcə, müəyyən çətinlik var. Bu, coğrafi məsafə ilə bağlıdır. Məhsulların aparılıb gətirilməsi vaxt və logistik imkanlar baxımımdan əziyyət tələb edir. Meksika və Azərbaycan arasından idxal və ixrac məhsulları üçüncü ölkə vasitəsilə həyata keçirilir. Nətcədə bu məhsullar iki ölkə arasında deyil, üçüncü ölkələr arasında idxal-ixrac kimi əks olunur. Ona görə də statistikada rəqəmlər reallıqdan daha aşağıdır. Çalışırıq ki, iki ölkənin iş adamları arasında əlaqələrin daha sıx olmasını təşkil edək. Hər iki bazarı yaxından tanısınlar, yeni məhsulları araşdırıb əldə etsinlər və bu maraq daha da artsın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər