5 Noyabr 15:54
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Azərbaycandakı səfirliyi Bakıda ölkənin milli bayramı olan Ölülər Gününə həsr olunmuş tədbir keçirib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Teleqraf.com-a açıqlamasında ölkəsinin milli bayramının əhəmiyyətindən danışıb:

"Bir meksikalı olaraq Ölülər Günü bayramında çox qürurluyam. Çünki bu bayram bizim adət-ənənəmizi, qədim tariximizi dünyaya tanıdır. Ölülər Günü ispanların ölkəmizə gəlişinə qədərki vaxtalara aiddir. Biz bu gün dünyadan köçən əzizlərimizi yad edirik, onları müəyyən elementlərlə yada salırıq. Həmçinin onun şahidi oldum ki, Meksika və Azərbaycan arasında mədəniyyət sahəsində bir çox oxşar tərəflər var. Hər iki ölkənin minilliklər tarixi var. Və hər hansı tarixi hadisələrə baxmayaraq biz özünüdərkimizi qoruyub saxlaya bilmişik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər