5 Noyabr 16:00
3 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bundan sonra da hər şeyi edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin deyib.

“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh müqaviləsi işinə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat kommunikasiyalarının (nəqliyyat dəhlizləri - red.) açılmasına dəstək verəcəyik”, - Rusiya lideri bildirib.

Putinin sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri BRİKS sammiti çərçivəsində nizamlanmaya dair konstruktiv müzakirə aparıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər