5 Noyabr 17:43
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti çərçivəsində "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, iclas "Bizim planetimiz" adlı videoçarxın nümayişi ilə başlayıb.

Plenar iclasda "Dinlərin və inancların iqlim dəyişikliyi böhranına baxışı və onun planet, həyat və yaşam vasitələri üçün təsiri", "Yaşıl gələcəyin təşviqində və iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasında və onunla mübarizədə dini və inanc təşkilatlarının rolu", "Dinlərarası və sivilizasiyalararası dialoq vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə", "Silahlı münaqişələr, zorakılıq, ekosid və urbisid aktları ətraf mühitə zərər vurur və iqlim dəyişikliyi ilə qlobal mübarizəyə maneə yaradır" mövzuları üzrə çıxışlar səsləndirilib, müzakirələr aparılıb.

Bununla da Sammitin ilk günü işini yekunlaşdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər