08:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, Serbiyanın xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirməsi planlaşdırılıb.

Bu səfər iki ölkə arasında mövcud diplomatik münasibətlərin inkişafına yeni töhfələr verməyi hədəfləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər