Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç Suriyadakı vəziyyəti müzakirə eddib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Görüş zamanı Suriya və ətrafında yaranmış vəziyyət barədə müzakirə aparılıb. Suriyanın birliyi, ərazi bütövlüyü və suverenliyinin təmin olunmasının vacibliyi vurğulanıb", - XİN bildirib.