Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bunu Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, görüşün dəqiq vaxtı hələ bəlli deyil.
Uşakov həmçinin Moskvanın həm diplomatik, həm də hərbi kanallar vasitəsilə Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə saxladığını vurğulayıb.