Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Teleqraf.com-a FHN-dən bildirilib.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Göstərilən ünvandakı beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.