ABŞ-ın yeni prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin enerji istehsalı və ixracına tətbiq etdiyi bütün mövcud qadağaları ləğv edəcəyinə söz verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bunu Arizonada ABŞ-ın "Turning Point" konfransında çıxışı zamanı deyib.
Siyasətçi qeyd edib ki, ABŞ iqtisadiyyatını xilas etmək üçün ilk gün Baydenin enerji istehsalı ilə bağlı bütün məhdudiyyətlərini ləğv edəcək, elektrik avtomobilləri üzərində mandata son verəcək, həmçinin təbii qaz ixracına qoyulan qadağanı ləğv edəcək fərmanlar imzalayacaq.
O, həmçinin əlavə edib ki, enerji sənayesindəki vəziyyətlə əlaqədar ABŞ-da fövqəladə vəziyyət elan edəcək.