Albaniya hakimiyyəti 2025-ci ildən başlayaraq ölkədə "TikTok" platformasını bir il müddətinə bloklayacaq.
Teleqraf.com "Albanian Daily News"a istinadən xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama bildirib.
Rama bu qərarı məktəblərdə fiziki və rəqəmsal təhlükəsizliyi yaxşılaşdırmaq istəyi ilə əlaqələndirib. Onun sözlərinə görə, Albaniyada valideynlərin 90%-i "TikTok"un bloklanmasını tələb edib.