18:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kurık-Ələt marşrutu üzrə yalnız Azərbaycan bərələri işləyir. İndi azı 7 gəmiyə ehtiyacımız var. Onların istehsalı üçün Türkiyənin “YDA” və “ASFAT” şirkətləri Kurık limanı yaxınlığında xüsusi zavod tikməyi planlaşdırır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

Onun sözlərinə görə, yaxın üç il ərzində Aktau limanının konteyner daşıma gücünün 140 mindən 550 min konteynerə çatdırılması planlaşdırılır.

Həmçinin Mangistau vilayətində regionda istehsalı planlaşdırılan yaşıl hidrogenin daşınması üçün terminal layihəsi üzərində iş gedir.


Müəllif: Teleqraf.com