ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskiyə atəşkəslə bağlı mesaj göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Tramp mesajında Zelenskini atəşkəs və Rusiya tərəfindən əldə edilmiş bütün ərazilərin tərk edilməsinə səbəb olacaq sülh danışıqları haqqında düşünməyə çağırıb.